Ötən il Azərbaycanda 4 milyard 689,9 milyon manat dəyərində 7 818 müsabiqə əsaslı satınalma keçirilib.
"Ötən il ümumi satınalmaların sayı 3,1 faiz artıb"
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ötən il ölkədə 2 milyard 027,2 milyon manat dəyərində 139 açıq tender, 1 milyard 630,5 milyon manat dəyərində 4 353 açıq tender (elektron), 59,6 milyon manat dəyərində 2 888 kotirovka sorğusu, 972,6 milyon manat dəyərində 438 təkliflər sorğusu keçirilib.