Bu ilin yanvar-may aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 367.2 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.9 % çoxdur.