Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda keçirilmiş elektron satınalmaların sayı 17 804, satınalmalarda iştirakçıların sayı isə 99 447 təşkil edib.
Azərbaycanda 9 ayda dövlət satınalmalarına dair 1 514 protokol ləğv edilib
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müsabiqələrdəki iştirakçı sayında 2 dəfədən çox artım müşahidə edilib. Bir elektron satınalmada iştirak edən orta təchizatçı sayı isə ötən illə müqayisədə 1,45 dəfə artaraq 5,66-ya çatıb.
“Dövlət satınalmalarının elektronlaşdırılması bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır”, - Dövlət Xidməti qeyd edir.