"Azərbaycan İnvestisiya Holdinqi" Publik Hüquqi Şəxsi beynəlxalq səviyyəli hüquqi dəstək almaq məqsədilə yeni müqavilə imzalayıb.
FED.az xəbər verir ki, müqaviləyə əsasən, "Azərbaycan İnvestisiya Holdinqi"nin BİRGƏ MÜƏSSİSƏ VƏ FONDLARIN yaradılması, həyata keçiriləcək investisiya layihələri üzrə hüquqi dəstəyin göstərilməsi və digər aidiyyəti hüquqi məsləhət xidmətlərini "Praysvoterhauskupers Sentral Eyşa Ənd Kokasus B.V." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı təmin edəcək.
Xidmətlərin dəyəri 749 min 890 manat təşkil edir.











