“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi (VÖEN: 3201635961) açıq tenderlər elan edib.
FED.az xəbər verir ki, elan olunan tenderlər aşağıdakılardır:
1. Ağdam rayonu, Ağdam şəhəri F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektləri, sahədaxili mühəndis-kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri – Satınalmanın ehtimal olunan qiyməti 9 milyon 675 min 661 manat 95 qəpikdir. Müsabiqə 30 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 28 oktyabr 2025-ci il saat 12:00-dır. Zərflərin açılışı həmin tarixdə saat 12:00-da keçiriləcək. İştirak haqqı 1 min 500 manat, istifadə haqqı isə 25 manatdır. Əlaqələndirici şəxs: Zabil Vəliyev – Baş məsləhətçi ([email protected], +994 50 466 12 66).
2. Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-137 üzrə binaların tikintisi işləri – Satınalmanın ehtimal olunan qiyməti 9 milyon 643 min 311 manat 74 qəpikdir. Müsabiqə 30 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 29 oktyabr 2025-ci il saat 12:00-dır. Zərflərin açılışı həmin tarixdə saat 12:00-da olacaq. İştirak haqqı 1 min 500 manat, istifadə haqqı isə 25 manatdır. Əlaqələndirici şəxs: Orxan İbadov – Satınalma şöbəsinin böyük məsləhətçisi ([email protected], +994 55 386 15 15).
3. Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işləri – Satınalmanın ehtimal olunan qiyməti 10 milyon 37 min 878 manat 05 qəpikdir. Müsabiqə 30 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 14 noyabr 2025-ci il saat 12:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 12:00-da keçiriləcək. İştirak haqqı 1 min 505 manat 68 qəpik, istifadə haqqı isə 25 manatdır. Əlaqələndirici şəxs: Fərid Əzizov – Satınalma şöbəsinin baş məsləhətçisi ([email protected], +994 70 310 36 99).
İddiaçılar təkliflərini göstərilən tarixlərədək Ağdam şəhərində yerləşən ünvana təqdim edə bilərlər.
Qeyd edək ki, 3 tender üzrə cəmi ehtimal olunan qiymət 29 milyon 356 min 851,74 manat təşkil edir.