2024-cü ildə Azərbaycandan xarici ölkələrə 126 milyon 225 min ABŞ dolları dəyərində 564 min 923 ton azot gübrəsi ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Azot gübrəsi ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 43 milyon 214 min dollar və ya 52%, miqdar ifadəsilə 202 min 716 ton, başqa sözlə 56% artıb.
Azərbaycandan 2023-cü ildə 83 milyon 10 min dollar dəyərində 362 min 207 ton gübrə ixrac edilmişdi.
Bu dövrdə ixrac edilən azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 0,38 manata bərabər olub ki, buda illik müqayisədə 1 qəpik və ya 2,5% azdır.
Bu dövrdə gübrə ixracının ümumi ixracdakı payı 2,78% olub