İşləyən insanlar hər zaman stressdən şikayətlənirlər. Ancaq elə peşə sahələri də var ki, onlar belə hallardan tamamilə uzaqdırlar.
FED.az ilk 15-liyə daxil olan bu sənət növlərini təqdim edir:
İqtisadçılar – bazardakı inkişafı, irəliləyişi yaxından izləyən bu peşə sahibləri stressdən uzaqdır.
Statistika mütəxəssisi – Asanlıqla iş tapmasalar da, stressə minmum səviyyədə məruz qalırlar.
Riyaziyyatçılar – adətən iş tapmayacaqları düşünülsə də, riyaziyyatçılar, demək olar ki, stress yaşamadan işlərini görə bilən peşə sahibləridir.
Biomedikal mühəndis – Gələcəyin peşələri sırasında yer alan biomedikal mühəndislər adətən tibb sahəsində çalışırlar və stressdən uzaqdırlar.
Fiziklər – maddə və enerjini, bir-birləri ilə əlaqəsini incələyən fiziklər iş tapmaq əsnasında stress yaşasalar da, çalışdıqları müddətdə stressdən tamamilə uzaq qalırlar.
Astroloq – Ən stressiz peşə sahələrindən biridir. Göy cisimlərini öyrənir, teleskopla göy üzünü müşahidə edirlər.
Sığorta mütəxəssisi – mütəxəssis olanadək bir çox stress yaşasalar da, sonradan bu stress minimum səviyyəyə düşür.
Odioloq – eşitməklə bağlı problemi olan insanlara lazımi avadanlıqları təyin edən odioloqlar tibb sahəsində çalışsalar da, ən stressiz peşəyə sahibdirlər.
Optometrist – Eynək hazırlayan optometristlər optika mağazalarında çalışaraq uyğun eynək və linzaların seçiminə kömək edirlər.
Dietoloq – problemli müştəri ilə qarşılaşmasa, iş həyatları stressiz keçir.
Ortodontist – diş tellərini hazırlayan bu peşə sahiblərinin stressdən uzaq olduqları üçün hər zaman gülümsəməsi sizə qəribə gəlməsin.
Zərgər – zaman-zaman oğurluq halları ilə qarşılaşmasalr, stressi ən az səviyyədə yaşayırlar.
Saç ustası – saç ustaları və bərbərlər ən az stress yaşayan peşə sahiblərindəndir.
Professor – bu mərtəbəyə yüksələrkən stressə məruz qalsalar da, professor olduqdan sonra dünyanın ən stressiz işini görürlər.
Dizayner-qrafik - kənardan insanlara stressli peşə sahibi kimi görünə bilərlər, ancaq bu heç də belə deyil.