Style

Notr-Dam yanğınından sonra bu əsər satış rekordu qırdı

Notr-Dam yanğınından sonra bu əsər satış rekordu qırdı | FED.az
20:44 16 Aprel 2019

Notr-Dam Kilsəsində baş vermiş yanğından sonra Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” romanı “Amazon” saytının Fransa seqmentində ən çox satılan 100 kitabdan biri olub.

FED.az xarici KİV-ə istinadən xəbər verir ki, kitab eyni zamanda sayta 10 ən məşhur əsər siyahısına düşüb. Bundan başqa insanlar Paris üzrə bələdçi broşurları almağa başlayıb.

Qeyd edək ki, “Paris Notr-Dam kilsəsi” romanı 1831-ci ildə dərc olunub.

Digər xəbərlər