Banner

Style

Nazirin səfəri 29 manata başa gəlib

Nazirin səfəri 29 manata başa gəlib | FED.az
23:27 9 Yan 2018

Avstriyanın yeni təyin olunmuş xarici işlər naziri Karin Knayslın qonşu Slovakiyanın paytaxtı Bratislavaya ilk rəsmi səfəri ölkə tarixində ən ucuz qiymətə başa gələn xarici səfər kimi tarixə düşüb.

FED.az xəbər verir ki, Avstriya Federal Dəmir Yollarına məxsus sərnişin qatarı ilə Vyana yaxınlığında yerləşən Baden şəhərindən yola düşən nazir Bratislava Dəmir Yolu Vağzalında dövlət katibi İvan Koçok tərəfindən qarşılanıb.

K.Knayslın 45 dəqiqəlik qatar səfəri üçün bilet 14,20 avroya (təqribən 29 manata) başa gəlib. Avstriya mətbuatının məlumatına görə, ölkə tarixində hələ heç bir nazirin rəsmi səfəri vergi ödəyicilərinə bu qədər sərfəli qiymətə başa gəlməyib.

İlk rəsmi səfərini Slovakiyaya etməsini şərh edən nazir bildirib ki, Vyana və Bratislava dünyada bir-birinə ən yaxın yerləşən paytaxt şəhərlərdir. Bundan başqa, Avstriya ilə Slovakiya arasında dərin bağlar mövcuddur.
Səfər çərçivəsində “Brexit”, Slovakiyanın gələn ildən ATƏT-ə sədrliyi, qaçqın və miqrant problemi, Avropa İttifaqının gələcəyi ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Digər xəbərlər

Banner