FED.az xəbər verir ki, İnzibati xətalar üzrə məhkəmə 10 il ərzində daimi iş yerində olmayan Valensin Karls Resio-ya hökm oxuyub.
Məhkəmə ispaniyalıya 9 il ərzində dövlət qulluğunda işləməyi qadağan edib.
Resio, Provensial şuranın tabeliyində olan Valensiya Ümumi Arxiv biblioqrafik bölmənin rəhbəri olub.
10 il ərzində Resio yalnız formal şəkildə işdə olaraq 50 min avro qazanıb.
Dövlət qulluqçusu hər gün arxivə gedərək, barmaq iziylə nəzarətdən keçib öz işlərini görməyə gedirmiş. Sonra saat 15:30-da eyni qaydayla «işdən çixma» vaxtını qeyd etmək üçün iş yerinə qayıdırmış.
Dövlət qulluqçusu özü bildirdi ki, iş yerində zəhərlənmənin qurbanı olduğu uçun ora getmirmiş.