“Lacoste” geyimini bəzəyən timsah uzun zamandır ki, markanın tanınan əlamətidir. Amma indi o öz yerinə başqa heyvanlara güzəştə gedəcək.
FED.az“Adindex.ru”ya istinadən xəbər verir ki, bu barədə “Lareclame” bildirir.
Parisdə təşkil edilən moda həftəsi çərçivəsində, utra məhdud seriya üçün, timsah öz yerini nəsli kəsilən heyvan növlərinə verir.
Marka çətinliklə də olsa, 1775 köynək istehsal edib. Hər bir köynək insanlar üçün xəbərdarlıq siqnalı olacaq. Belə ki, hər bir köynəyin üzərində nəsli kəsilmiş heyvanın fotosu əks olunacaq. Köynəklərin sayı isə təbiətdə mühafizə edilən heyvan sayı qədər olacaq.
Bəzi heyvanların təbiətdə sağ qalan sayı 30-u, bəziləri isə 450-ni keçməyib. Bütün heyvanlar “Lacoste”nin köynəklərinin üzərinə naxışla, timsah loqosunu əks etdirən şəkildə tikiləcək. Məhud sayda bazara təqdim ediləcək, köynəklər brendin onlayn mağazalarında satılacaq. Kampaniya “BETC Paris” reklam agentliyi ilə birgə ərsəyə gətirilib. “Lacoste”, həmçinin təbiətin qorunması üzrə Beynəlxalq İttifaqla üçillik əməkdaşlığa başlayır.
Fcaemark.az