Kasıbçılıqdan və ya yoxsulluqdan daha necə isdəyirsiz adlandırın bunu nəsə etmək və ya haradasa aylıq əmək haqqına işləmək sizi xilas etməyəcək. Əksinə elə bu işlər sizə əvvəlcə kasıbçılığa daha sonra isə yoxsulluğa aparacaq. Lakin varlı olmaq üçün çox sadə vərdişlərə yiyələnmək lazımdır. Fins.az əcnəbi sosioloqların fikirlərini təqdim edir.
1.Hər bir probleminiz qısa müddeət ərzində həllini tapmalıdır. Adətən belə olduğu halda daha çox güc tətbiq etmək lazım olur. Məqsədyönlü olun və məsələnin həlli istiqamətində daha çox çalışın.
2.Kiminsə üçün az çalış. Çox işlədikcə o qədər də çox pis yaşayacan. Əlbərdəki sevdiyin iş istisna təşkil etməlidir.
Eləcə də bax: Bir zamanlar bazarda qutab satan milyonçu-xeyriyyəçi Ağabala Quliyev
3.Əgər pul qazanmaq istəyirsənsə”bazara”bahalı məhsul gətir. O zaman insanlar onu almaq üçün özü sizə pul gətirəcək. Pulu məbləği isə insanları inandırmağınızdan asılı olacaq.
4.Yalnız öz maraqlarınız üçün işləyin. Siz çalışdığınız idarə, müəssisə və ya şirkət sizsiz də həyatda qalmağı bacaracaq.
5. Ən azı 50 min dollar qazanmaq haqqında düşünün. Çox olar , amma 50 mindən az qazanmaq haqqında düşünməyin.
6. Pullar sizə başqa insanlardan gəlir. Ona görə daim çalışınki çoxlu insanlarla ünsiyyətdə olasız.
7.Həmişə optimist insanlara ünsiyyətdə olun.
Eləcə də bax: Bu şəhərdə hər 8 nəfərdən biri milyonçudur
8. Daim məsuliyyətli olun. Kasıbçılığa aparan xüsusiyyətlərdən biri də məsuliyyətsizlikdir.
9.Əgər pulunuz azdırsa biznes qurmaq lazımdır. Əgər pulunuz heç yoxdursa o zaman dərhal biznes qurmaq lazımdır.
10.Böyük pullara aparan yol passiv gəlirdən keçir. Çalışın daim sizə azda olsa gəlir gətirən bir iş qurasız. Hansıki sizdən çox vaxt tələb etməyəcək amma həmişə pul gətirəcək.
Eləcə də bax: Yaxşı fikir insanı milyonçu edər – İzzet Pinto
11.Varlı insanların bioqrafiyasını və həyatını öyrənməyə çalışın.
12.Özünüzə sual verin. Mən kiməm və nə üçün yaşayıram? Pulum olsa nə işlə məşğul olardım? Bu suallara cavab verməklə bir çox mətləblərə aydınlıq gətirəcəksiz.
13. Arzu edin. Arzular sənin həyatında ən vacib amildir. Arzularınıza və istəklərinizə inanın . İnsan arzu etməyəndə “ölür”.
Eləcə də bax: Azərbaycanın ilk milyarderi Yelmar Məmmədov
14.İnsanlara təmannasız və heç bir qarşılığı olmadan yardım edin. Vacib deyil bu adam qohumundu ya yox. Əsas odur ki, istədiyiniz adama kömək olun.
15.Ətrafınızda olan insanlara kompliment deyin. Bu xüsusiyyət sizin özünüz haqqında müsbət fikirləri artıracaq.
16.Uğurlarınız və nailiyyətlərinizi bir dəftərə yazın. Ruhdan düşəndə bu yazıları oxuyun.
Və nəhayət sonuncu ən əsas məsləhət , heç vaxt amma heç vaxt təslim olmayın. Mehriban düşməniniz yoxsulluqla və özünüzlə amansız mübarizə aparın