İTV-nin yarandığı gündən yayımlanan “Yeni gün” verilişi bağlanıb.
FED.az xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Baku.ws-ə verilən məlumata görə, telekanal sentyabrın 17-dən etibarən hər səhər “Sabahın xeyir, Azərbaycan” adlı üç saatlıq informativ, əyləncəli proqram ilə tamaşaçıların görüşündə olacaq.
Həftənin beş günü, səhər saat 06:50-dən 10:00-dək canlı yayımlanacaq səhər efiri müxtəlif rubrika və məlumatlarla zəngin olacaq.