Style

İşinizdə uğurlu olmaq üçün oxumalı olduğunuz - 9 KİTAB

İşinizdə uğurlu olmaq üçün oxumalı olduğunuz - 9 KİTAB | FED.az
17:04 29 Mart 2018

Bəzən doğru məqsədlərə köklənmək, özümüzü inkişaf etdirmək və karyera yolunda əmin addımlarla irəliləmək üçün müəyyən yolgöstərən vasitələrə ehtiyacımız olur. Hədəfimizə doğru irəliləyərkən qarşımıza çıxan çətinliklərin öhdəsindən gəlmək və işimizi yarıda qoymamaq üçün motivasiyaya gərək duyuruq. Bu zaman sizə kömək edə biləcək ən önəmli vasitələrdən biri də kitablardır, xüsusən də dəyərli kitablar. 
 

Özünüzü inkişaf etdirmək və doğru qərarlar vermək üçün bu 9 kitabı mütləq oxumalısınız:

 

1. Daniel Kahneman - Thinking, Fast and Slow

Nobel mükafatlı iqtisadçı Daniel Kahneman insanların necə düşündüyünü və nəyə, necə münasibət göstərə biləcəyini başa düşməyiniz üçün əsas yolları kitabında bəhs edib.

Image result for daniel kahneman thinhing

 

2. Timothy D. Wilson - Redirect

Sözügedən kitab vasitəsilə siz, özünüzün və ətrafınızın davranışlarında köklü dəyişikliklər edə bilərsiniz.

kitap1

 

3. Daniel H. Pink - Drive

Bu kitab vasitəsilə siz, motivasiyanın güclü yollarını öyrənə bilərsiniz.

Image result for daniel pink drive

 

4. Christopher Chabris və Daniel Simons - The Invisible Gorilla

Bu kitab, gördüklərimizlə təcrübələrimiz arasındakı fərqi anlamağımıza yönəlib.

Image result for invisible gorilla chiristopher

 

5. Timothy D. Wilson - Strangers to Ourselves

Daha bir dəyərli Wilson kitabı, oxunması tövsiyyə olunan dəyərli kitablardan biridir.

Image result for Timothy D. Wilson strangers

 

6. Daniel Gilbert - Slumbling on Happiness

Bir çox önəmli faktorlara toxunan bu əsər vasitəsilə, keçmiş və gələcək arasında atmalı olduğunuz addımları öyrənirsiniz.

Image result for daniel gilbert happiness

 

Charles Duhigg - The Power of Habit

Vərdişlərinizin önəmi və onları idarə edə bilməyi öyrədən bu kitabla özünüzü inkişaf etdirə bilərsiniz.

Image result for charless duhigg habit

 

8. Sheena Iyengar - The Art of Choosing

Müəyyən araşdırmalara əsaslanan bu kitab etdiyimiz seçimlərin altında yatan səbəbləri göstərir.

Image result for Sheena Iyengar book

 

9. Chip Heath və Dan Heath - Made to Stick

Niyə bəzi fikirlər tutur, bəziləri isə məhv olub gedir? Bütün detalları ilə yaradıcılığın sirri bu kitabdadır.

Related image


Eləcə də bax: Dünyanı dəyişdirmək və milyarder olmaq istəyən sahibkarlara - İKİ SUAL

Digər xəbərlər