“iPhone X” indeksi, iqtisadi dünyadakı yeni indekslərdən biridir.
İsveçrədə yerləşən əmanət bankı - “UBS Group” “iPhone X” almaq üçün əhalisi ən çox və ən az işləyən şəhərlərin siyahısını tərtib edib.
FED.az xəbər verir ki, indeksə görə, Sürixdə cəmi 38,2 saat işləməklə “iPhone X” əldə edə bilərsiniz.
Sürixdən sonra 47,5 saat Cenevrə və 50,6 saat Los-Anceles sakinləri çalışaraq bu telefonu əldə edə bilər.
Siyahıdakı ilk onluq belədir:
Mayami - 52,3 saat
Lefkoşa - 54 saat
Nyu-York - 54,1 saat
Çikaqo - 55 saat
Toronto - 63,5 saat
Montreal - 63,7 saat
Lüksemburq - 64,5 saat
“iPhone X” almaq üçün ən çox çalışan ölkələrin siyahısı isə belədir:
10. Buenos Ayres / Argentina: 407,1 saat
9. Laqos / Nigeriya: 508 saat
8. İstanbul / Türkiyə: 567,7 saat
7. Nayrobi / Keniya: 577,7 saat
6. Mexiko / Meksika: 637.5 saat
5. Cakarta / İndoneziya: 651,6 saat
4. Kiev / Ukrayna: 708,6 saat
3. Yeni Delhi / Hindistan: 804,2 saat
2. Mumbay / Hindistan: 917,8 saat
1. Qahirə / Misir: 1066,2 saat