Həyatlarının son anında insanlar bizə necə yaşamaq haqqında nə öyrədə bilərlər? Boni Veyir uzun illərdir ki, ölüm yatağında olan insanların qayğısına qalır. O, tez-tez ömürlərinin son həftə və günlərində ən çox peşman olduqları şeylər haqqında soruşur. Boninin sualı hər dəfə bu məzmundadır: əgər hər şeyi yenidən edə bilsəydiniz, o zaman nəyi dəyişərdiz? Onların cavabları aşağıdakilardır:
1. “Arzu edirəm ki, həyatda cəsarətli olaydım və yalnız öz istəyim olan həyatı yaşayardım, başqalarının məndən gözlədiyi həyatı deyil.” Bu, Boninin eşitdiyi bir nömrəli peşmanlıqdır. Nə vaxt ki insanlar həyatlarının sonunana yaxınlaşırlar, onlar arxasınca qaçmadıqları arzularını xatırlayırlar.2. “Arzu edirəm ki, həddindən art;q işlə məşğul olmazdım.” İnsanların çoxu Boniyə etiraf etmişdilər ki, onlar öz işlərinə lazım olandan artıq aludə oluqları üçün yoldaşları və ailələri ilə çox az vaxt keçirmiş, ancaq ölüm yatağında anlamışlar ki, ailə ilə keçirilən zaman çox pul qazanmaqdan daha vacibdir.
3. “Arzu edirəm ki, hisslərimi göstərəcək qədər cəsarətim olaydı.” Bir çox insanlar dönə-dönə vurğulayırlar ki, hissləri barədə daha səmimi olsaydılar, yaşadıqlarından artıq xoşbəxt yaşamış olardılar. Belələri öz həqiqi hisslərindən qaçmış və insanların onlar haqqında nə düşündükləri barədə həddən artıq çox narahat olmuşlar.
4.“Arzu edirəm ki, dostlarımla əlaqəmi kəsməzdim.” Həyatlarının son günlərində, insanların çoxu sahib olduqları gözəl dostluqlarını geri qaytarmaq istəyir və onlarla əlaqəni itirdikləri üçün çox məyus olurlar.
5. “Arzu edirəm ki, özümə daha çox xoşbəxt olmağa icazə vermiş olaydım.” Ölərkən insanların əksəriyyəti Boniyə deyirdilər ki, gərək onlar dəyişikliyi sevən olardılar. Xoşbəxtlik seçimdir. İllərlə onlar eyni yaşam tərzini izləmiş və dəyişiklikliyə aparan qapıları öz üzlərinə bağlamışlar, hansı ki yeni seçimlər onları daha xoşbəxt edə bilərdi. Boni Veyir bu top beşlik haqqında kitab yazaraq ümid edir ki, insanlar ölüm yatağında olanlardan həyatı necə tam yaşamaq barədə öyrənmiş olacaqlar.
@Cazibe.info