Müasir reklam və kommunikasiya kampaniyası, həmçinin influencerlərin iştirakı ilə də ərsəyə gətirilir. Məşhur idmançı, aktyor, televiziya aparıcısı- məhz onlar potensial müştərini məhsulu almağa təşviq edə bilərlər.
Eləcə də bax: Yalançı influenserlər məşhur şirkətlərdən - 1,3 MİLYARD QOPARIBLAR
Belə ki, onların sevdikləri aktyor müəyyən markadan istifadə edirsə və ya konkret istehsalçıdan geyim alırsa, geniş ictimaiyyət də isəyir ki, özünü belə uğurlu və sevimli şəxslər ilə assosiasiya etsin.
FED.az məlumat verir ki, kommunikasiya kampaniyalarına influencerlərin cəlb edilməsi sosial şəbəkələr erasının inkişafı ilə 2000-ci illərin ortasından yaranmağa başladı. Elə buna görə də bu gün bu sahə marketoloqlar üçün açar alətlərdən biridir.
iMARS-ın kommunikasiya üzrə meneceri Yuliya Maksimovanın sözlərinə görə isə ekspertlərin qiymətləndirməsinə görə, 2022-ci ilə ABŞ-da bu bazar 15 milyard dollara ədər böyüyəcək. 2019-cu ildə isə bu rəqəm 8 milyard dollar olub.
5 əsas açar trend seçmək olar. Bunlar 2020-ci il və yaxın illərdə bu istiqamətin inkişafına təsir edəcək.
1. Audioinformasiyanın təsirinin artması. Həyat tempinin sürətlənməsi və iş yükünün artması, vizual kontentin getdikcə daha az qəbul edilməsinə səbəb olur. Nəticədə, arxa planda eşidilən və qulaq tərəfindən qəbul edilən mal və xidmətlər haqqında məlumat verən postlar çoxala bilər.
2. Influencerlərin təsirinin bazara və potensial müştərilərə artması ona gətirib çıxaracaq ki, onlar sadəcə məhsulun rəy lideri olmaqdan çıxıb, brendin reklam siması olacaqlar. Bu isə ona imkan verəcək ki, konkret bir məhsul həmin insan ilə assosiasiya olunsun.
3. Hakimiyyət orqanlarının təsiri yüksələcək: Bazarın inkişafı və influencerlərin potensial alıcı üzərində təsirinin artması bu sahəni nəzarət etmə ehtiyacı yaradacaq. Bu isə gələcək üçün məntiqli görünür, çünki bu seqmentin fəaliyyətini mexanizim işlənib hazırlanacaq.
4. Mikroinfluencerlərin təsiri artacaq. Məşhur bir aktyoru kampaniyanı reallaşdırmağa cəlb etmək və yüksək nəticələr gözləmək kifayət deyil. Auditoriya məhsulu məşhur influencer ilə assosiasiya etməkdə çətinlik çəkə bilər. Ona görə də konkret məhsul üçün konkret rəy lideri seçmək lazım olacaq. Belə mikroinfluenceri seçən zaman isə onun konkret hansı geniş auditoriyaya xitab etdiyini analiz etmək lazım olacaq.
5. Yaxın gələcəkdə krossplatformaların populyarlığı artacaq. Bura isə qrafika, video, audio kontent daxildir.
“Gözlənilir ki, ən çox populyarlıq qazanan platformalar isə Instagram kimi əyləncə məzmunu paylaşmağa icazə verənlər olacaq. facebook kimi klassik platformalar isə öz auditoriyasını itirmək istəmirsə, dəyişikliyə getməli olacaqlar, - deyə iMars-ın vitse-prezidenti Vladimir Neryuev deyib.
Facemark