Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb.
FED.az “Euronews”a istinadən xəbər verir ki, “"The World’s 50 Best Restaurants” reytinqində birinci yerə İtaliyanın Modena şəhərində yerləşən “Osteriya Franseskana” restoranı layiq görülüb.
Məşhur aşpaz Massimo Botturanın restoranı ardıcıl üçüncü ildir ki, ən yaxşı restoran seçilir.
Qalib aşpazın təbirincə dünyanın ən mötəbər mətbəxləri İtaliya və Yapon mətbəxləridir. Bottura əmin edir ki, böyük fərqlərin olmasına baxmayaraq, hər ikisini yemək hazırlama texnologiyaları və əldə olan məhsullara hörmət birləşdirir.
İkinci yerə ispaniyalı Roka qardaşlarının restoranı layiq görülüb. Argentinalı baş aşbazın çalışdığı “Mirazur” restoranı isə üçüncü yeri tutub.