Sosioloqların tədqiqatları göstərir ki, 2017-ci ilin yekunlarına görə, spirtli içkidən ən çox istifadə edənlər qazancı yaxşı olan peşə sahibləri – hüquqşünaslar, memarlar, yüksəkixtisaslı həkimlər və müəllimlər olub. FED.az xəbər verir ki, alimlər respondentlərin təqribən 70 faizini orta və yüksək sosial-iqtisadi statusu olanlara aid ediblər.
Eləcə də bax: Azərbaycanda şərabçılığı belə inkişaf etdirəcəklər - PROQRAM
“MedDaily” saytına istinadla xəbər verir ki, spirtli içkini ən az içənlər sosial işçilər və fəhlələrdir. Beləliklə, ildə 11 min avrodan az qazancı olanlar, bir qayda olaraq, ayda iki dəfədən çox spirtli içki qəbul etmirlər. Müqayisə üçün bildirilir ki, illik 45 min avrodan çox gəliri olanlar spirtli içkilərdən həftədə minimum bir dəfə istifadə edirlər.
Eləcə də bax: Parfümeriya mağazalarında eyni ətrin fərqli qiyməti - SİYAHI
Alkoqollu içkilərdən istifadə etməyənlərin əksəriyyəti 25-64 yaş qrupundan olan insanlardır. Maraqlı odur ki, içki həvəskarlarının böyük bir hissəsi 65 yaşı adlamış insanlardır. Alkoqoldan istifadənin vaxtına gəldikdə isə, bu, ən çox cümə və şənbə günlərinə təsadüf edir.
Eləcə də bax: Bakının elit bərbərxanaları – SİYAHI, QİYMƏT