Hindistanlı milyarder 3 min 500 nəfər işçisini mükafatlandırmaq üçün İstanbula tətilə göndərir.
FED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 12 milyard dollar sərvəti olan iş adamı bir həftəlik istirahət üçün 10 milyon dollarlıq büdcə ayırıb.
Eləcə dıə bax: Varlıya vergi, kasıba ayda 500 dollar!
Bunun üçün İstanbulun ən lüks 10 oteli kirayələnib. Adının açıqlanmasını istəməyən milyarder işçilərinə Türkiyədə xərcləmək üçün 1 milyon dollar pul da verib. 20 fərqli ölkədən İstanbula uçacaq işçilər tarixi yerlərlə tanış olacaq, Boğazda xüsusi gəmilərdə səyahət edəcək.
Gecə əyləncələrində isə türk mətbəxinin təamlarını dadacaqlar.