Banner

Style

Film sevərlərin maraqla izləyəcəyi - 7 MALİYYƏ FİLMİ

Film sevərlərin maraqla izləyəcəyi - 7 MALİYYƏ FİLMİ | FED.az
12:01 26 Noy 2017

Həftə sonudur. Yəni film izləməyimiz üçün bol-bol vaxtımız var. Bu məqalədə maliyyəçi dostlarımızın izləyə biləcəyi səkkiz maliyyə filmindən söz açmışıq. Filmlər İMDb xalına görə sıralanmışdır.

Qeyd: İMDb - ingiliscə mənası Internet Movie Database deməkdir. Yəni, kinematoqrafiya sahəsində dünyada mövcud olan hər bir şey haqqında göstəricilər bazası anlamına gəlir. Burada yerləşən bütün filmlərə 10 ballıq şkala üzrə verilən xal isə İMDb xalı adlandırılır.


1.INSIDE JOB (2010)

İMDb xalı : 8.3

Rejissor: Charles Ferguson

Aktyorlar: Matt Damon

Filmi izləmək üçün

2008-ci ilin qlobal maliyyə böhranından bəhs edən sənədli bir filmdir. Beş bölümdən ibarət bu filmdə, ABŞ-da maliyyə xidməti göstərən qurumların qanunvericiliyi pozan əməllərə əl atması və onun nəticələrindən bəhs edilir. Film ilk dəfə 2010-cu ilin may ayında Cannes Film Festivalında göstərilib və “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.


2. THE BIG SHORT (2015)

İMDb xalı : 7.8

Rejissor: Adam McKay

Aktyorlar: Ryan Gosling, Christian Bale, Brad Pitt

Filmi izləmək üçün

2015-ci ilin amerikan istehsalı olan komedi janrında sənədli filmdir. Bir çox mükafatlar əldə etmiş film, Michael Lewisin 2010-cu ildə yazılmış eyni adı daşıyan əsərindən götürülmüşdür. Film 2007-2010 maliyyə böhranından söz açır. Filmin səhnələri ABŞ-ın Nyu-Orlean və Luiziana ştatlarında çəkilib.


3.TOO BİG TOO FAİL (2011)

İMDb xalı : 7.4

Rejissor: Curtis Hanson

Aktyorlar: James Woods, John Heard, William Hurt

Filmi izləmək üçün

Film Andrew Ross Sorkinin bədi olmayan Too Big to Fail: Inside the Battle to Save Wall Street” kitabına əsaslanır. Amerikada ilk dəfə qabaqcıl və varlı televiziya kanalı olan HBO-da (Home box Office) göstərilib. Film Vaşinqtonun və Wall Streetin maliyyə sistemini qorumaq məqsədi ilə göstərdiyi mübarizəsindən söhbət açır.


4.CAPITALISM: A LOVE STORY (2009)

İMDb xalı : 7.4

Rejissor: Michael Moore

Aktyorlar: Michael Moore, William Black, Jimmy Carter

Filmi izləmək üçün

Michael Moorenin yazdığı, rejissorluq etdiyi və rol aldığı bu film də, 2000-ci illərin maliyyə böhranından bəhs edən sənədli bir filmdir.


5. MARGIN CALL (2011)

İMDb xalı : 7.1

Rejissor: J.C. Chandor

Aktyorlar: Zachary Quinto, Stanley Tucci, Kevin Spacey

Filmi izləmək üçün

Film əsasən, 2000-ci illərdə bir investisiya bankındakı hadisələri təsvir edir. Filmdəki hadisələri rejissor J.C. Chandor qələmə almışdır.


6.THE BANK (2001)

İMDb xalı : 6.6

Rejissor: Robert Connolly

Aktyorlar: David Wenham, Anthony LaPaglia, Sibylla Budd

Filmi izləmək üçün

Avtsraliya filmi olan “The Bank” Brian Price və Mike Betar’ın fikirləri əsasında çəkilib. Filmdə bank sahəsində baş verən rüşvətxorluqlardan söhbət gedir.


7.ROGUE TRADER (1999)

İMDb xalı : 6.3

Rejissor: James Dearden

Aktyorlar: Ewan McGregor, Anna Friel, Yves Beneyton

Filmi izləmək üçün

1996-cı ildə yazılmış Nick Leeson’ın Rogue Trader: How I Brought Down Barings Bank and Shook the Financial World” kitabına əsaslan filmdir. Film Barring bankın uğurlu bir əməkdaşı olan Nick Leeson’ın Sinqapurada ticarət meneceri olduqdan sonra baş verən hadisələri qeydə alır.

© Banco.az

Digər xəbərlər

Banner