Beynəlxalq daşınmaz əmlak agentliyi "Savills" dünyada ən yüksək kirayə haqlarının olduğu şəhərlərin reytinq cədvəlini açıqlayıb.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıda ilk yerdə ABŞ-ın San-Fransisko şəhəri tutub.
Bu şəhərdə həftəlik kirayə haqqı orta hesabla 650 ABŞ dollarıdır. San-Fransiskodan sonra 570 dollarlıq göstərici ilə Nyu-York (ABŞ) və 550 dollarlıq göstərici ilə Los-Anceles (ABŞ) şəhərləri qərarlaşıb.
İlk 10-luğa həmçinin Böyük Britaniyanın paytaxı London (500 dollar), İrlandiyanın paytaxtı Dublin (480 dollar), ABŞ-ın Çikaqo şəhəri (480 dollar), Avstraliyanın Sidney şəhəri (470 dollar), Honq-Konq şəhəri (450 dollar), ABŞ-ın Mayami şəhəri (450 dollar) və Fransanın paytaxtı Paris (430 dollar) daxildir. Göründüyü kimi, ABŞ-ın 5 şəhəri ilk 10-luqdadır.
Rusiyanın paytaxtı Moskva isə 160 dollarlıq göstərici ilə 29-cu sırada qərarlaşıb.