"Juniper Research" konsaltinq şirkəti "Intel" ilə birgə apardığı araşdırmanın nəticəsi olaraq dünyanın ən inkişaf etmiş 20 şəhərinin adını açıqlayıb.
FED.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ilk yeri Sinqapur şəhəri tutub.
Reytinqi tərtib edənlərin əsas götürdüyü dörd parametrin (mobillik, sağlamlıq, təhlükəsizlik və məhsuldarlıq) hamısında Sinqapur üstün olub. Araşdırmada deyilir ki, Asiya meqapolisinin sakinləri inkişaf etmiş nəqliyyat sistemi sayəsində ildə 60 saat vaxta qənaət edə bilirlər, videomüşahidə şəbəkəsi isə hüquq-mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə yardım edir.
Ən inkişaf etmiş şəhərlərin "top-5"liyinə həmçinin London, Nyu-York, San-Fransisko və Çikaqo da daxil edilib.