“Forbes” bu yaxınlarda dünya milyarderlərinin renkinqini dərc etdi.
Ən gənc milyarderlərin ilk üçlüyündə Norveçli gənclərdir.
Dünyanın ən gənc milyarderinin hazırda 21 yaşı var. Alexandra Andresen və onun bacısı Katharina-nın (22 yaşı var) hər birinin 1.4 milyard dollar sərvəti var.
“Forbes”in 2018-ci il milyarderlər siyahısında ən gənc 5 milyarder:
5. Con Kollison, 27 yaş — 1 milyard dollar
Harvard Universitetində təhsilini yarımçıq buraxmış Collison qardaşı Patrick ilə birlikdə 2011-ci ildə onlayn ödəniş şirkəti olan “Stripe”ı təsis ediblər. İrlandiyada doğulmuş qardaşlar hazırda şirkətin yerləşdiyi San Fransiskoda yaşayırlar.
“Stripe” 2016-cı ilin noyabr ayında 150 milyon dollarlıq maliyyə cəlb edərək şirkətin dəyərini 9.2 milyard dollar etdi.
4. Evan Spiegel, 27 yaş — 4.1 milyard dollar
Spiegel “Snapchat”i Stanford Universitetindən tələbə yoldaşı Bobby Murphy ilə birlikdə 2011-ci ildə təsis etmişdilər.
“Snap”in İPO-su 2017-ci ilin mart ayında həyata keçirildikdən sonra, Spiegel birjada listinq olunmuş şirkətlər arasında ən gənc CEO oldu.
Spiegel və Bobby Murphy hər biri “Snap”in 18% səhmlərinə sahibdirlər, lakin səsvermə hüququ verən səhmlər onlara idarə heyətini nəzarət altında saxlamağa imkan verir.
Forbes-ə istinadən, hər gün 170 milyon nəfərə yaxın adam “Snapchat”dən istifadə edir.
3. Gustav Magnar Witzø;e, 24 yaş — 1.9 milyard dollar
Gustav Magnar Witzø;e dünyanın ən böyük qızılbalıq istehsalçılarından olan Norveç balıqçılıq şirkəti olan “Salmar”ın yarısına sahibdir.
Şirkəti hazırda idarə edən atası Gustav Witzø;e şirkətin yarısını ona ad günü hədiyyəsi kimi 2013-cü ildə vermişdir.
Atası balıqçılıq biznesinə rəhbərlik edərkən, Gustav Magnar da daşınmaz əmlak və texnologiya startapplarına investisiyalar edir.
2. Katharina Andresen, 22 yaş — 1.4 milyard dollar
Norveçdən olan Katharina Andresen 2017-ci ildə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 32 000 dollar cərimələnmiş və medianın gündəminə düşmüşdü.
O, dünyanın ən gənc ikinci varlı milyarderi hesab edilir. Onun bacısı Alexandra ondan 1 yaş kiçikdir.
Bacıların hər biri şəxsi investisiya şirkəti olan “Ferd”in 42%-nin varisidirlər. Onların atası Johan hələ də şirkəti idarə edir və şirkətdə səsvermə hüququnun 70%-nə nəzarət edir.
1. Alexandra Andresen, 21 yaş — 1.4 milyard dollar
Alexandra Andresen 21 yaşında dünyanın ən gənc milyarderidir.
O, bacısı Katharina ilə birlikdə hər biri “Ferd” investisiya şirkətinin 42%-nin varisidirlər.
“Ferd” Norveç birjalarında aktiv investordur. Şirkət həmçinin hedc fondları da idarə edir.
Moneta.az