HSBC şirkəti ölkəsindən kənarda işləyən şəxslərin ən çox qazandığı şəhəri açıqlayıb.
Verilən məlumata görə, xarici ölkə vətəndaşları daha çox pulu Hindistanın Mumbay şəhərində qazanır. Beynəlxalq şirkətlərdə çalışan və dünyanın bir çox ölkəsindən olan bu şəxslərin illik gəliri 217 min dollardır. Dünyada orta illik gəlir təxminən 100 min dollar hesab olunur.
Mumbayı 207 min dollarla San Fransisko izləyir. Sürix 207 min dollarla 3-cü, Şanxay 202 min dollarla 4-cü, Cenevrə isə 185 minlə 5-ci yerdədir.
31 şəhərin yer aldığı siyahının sonunda Edinburq yer alıb. Burada xarici ölkə vətəndaşları ildə 56 min dollar qazanır. Lissabonda 61, Birmingemdə isə 62 min dollar qazanmaq mümkündür.
Qaynarinfo.az
Dünyanın ən çox maaş verilən şəhərləri - SİYAHI
16:18
27 Fev 2018