Style

Dünyanın ən bahalı şəhəri seçildi

Dünyanın ən bahalı şəhəri seçildi | FED.az
16:26 13 İyul 2018

İsveçrənin UBS bankı "Qiymətlər və gəlirlər - 2018" tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqini açıqlayıb.

FED.az xəbər verir ki, isveçrənin Sürix şəhəri 116,8 balla ən bahalı şəhər adına layıq görülüb. Cenevrə ikinci, Oslo üçüncü yerdə qərarlaşıb.

İlk onluğa həmçinin Kopenhagen, Nyu-York, Tokio, Milan, London, Çikaqo və Helsinki daxildir.

Reytinqi tərtib edərkən UBS analitikləri dünyanın 77 şəhərində 128 mal və xidmətlərin qiymətlərini və 15 peşə nümayəndələrinin gəlirlərini müqayisə ediblər.

Digər xəbərlər