Banner

Style

Dubayda qızıl alan azərbaycanlı xanım “Audi A3” qazandı

Dubayda qızıl alan azərbaycanlı xanım “Audi A3” qazandı | FED.az
10:56 3 Yan 2018
Birləşmiş Ərəb Əmirliklərində “Joyalukkas” qızıl-zinət mağazasının keçirdiyi “Al və qazan” kampaniyası sayəsində azərbaycanlı Səidə Şamilova “Audi A3” avtomobili udub. FED.az virtualaz.org-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin sakini olan və əvvəllər Azərbaycanda yaşamış Səidə Şamilova mağazadan yaxınlarına zinət əşyaları alıb və ona verilən kupon kampaniyada uduşlu çıxıb, ən yüksək prizlərdən birini qazanıb.

“Audi”nin açarlarını azərbaycanlı qadına “Joyalukkas” şirkətlər qrupunun icraçı direktoru Soni Alukas təqdim edib. “Mən udduğumu eşidəndə çox təəcübləndim. Öz yaxınlarım üçün bayram hədiyyəsi kimi zinət əşyaları almışdım və “Joyalukkas”dan bu möhtəşəm hədiyyəni qazandım. Çox razıyam, çox sağ olun”-Şamilova bildirib. Ona avtomobillə yanaşı digər qiymətli hədiyyələr də verilib. Uduşa 5 “Audi A3” avtomobili çıxarılıbmış.

Digər xəbərlər

Banner