Dünya içki nəhəngi Coca-Cola 130 illik ənənəsini pozur və alkoqollu içki biznesinə girir.
130 illik ənənəni pozmağa hazırlaşan içkilər nəhəngi Coca-Cola ilk spirtli içkisini istehsal etmək planını həyata keçirir.
"Marja" xəbər verir ki, Şirkət bunun üçün Yaponiyanın spirt nisbəti aşağı şəkərli içkisi olan "Chu-Hi"ya bənzər bir içki üçün işlərə başlayıb.
Yeni istehsal ediləcək bu spirtli içki Yaponiya bazarında satışa təqdim olunacaqdır.
Məsələ ilə bağlı açıqlama verən Coca-Cola-nın Yaponiyadakı şikətinin rəhbəri Jorge Garduo, "Tənəkə qutu içərisində satılacaq bu içkinin tərkibində distillə edilmiş spirt, soda və dadlandırıcı olacaqdır" ,- deyib.
Coca-Cola spirtsiz içkilər istehsalçısı kimi tanınırdı.