Style

Azərbaycanda hədiyyə sərgisi keçiriləcək - İLK DƏFƏ

Azərbaycanda hədiyyə sərgisi keçiriləcək - İLK DƏFƏ | FED.az
11:08 5 Sen 2018

Sentyabrın 20-22-də Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi - “Gift&Promo Fair 2018” keçiriləcək. 

FED.az-a daxil olan məlumata görə, tədbir Bakıdakı otellərdən birində baş tutacaq. 

“Gift&Promo Fair 2018” sərgisi müxtəlif kateqoriyalarda suvenirlərin geniş çeşidini təqdim etməklə yanaşı, hədiyyəlik məhsullar, interyer əşyaları, qab-qacaq, bayram məhsulları, biznes-suvenirlər, korporativ hədiyyələr, zərgərlik əşyaları və s. bu kimi məhsulların istehsalı sahəsində qlobal inkişaf təmayüllərini əks etdirəcək. 

Digər xəbərlər