Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner

Style

  1. Ana səhifə
  2. Style
  1. Style

Angela Merkeli yaxşı tanıyırsınız? - ALMAN LİDERİN HƏYATI

Angela Merkeli yaxşı tanıyırsınız? - ALMAN LİDERİN HƏYATI | FED.az
16:34 25 Avq 2018

Xəbər verildiyi kimi, bu gün Almaniya kansleri Angela Merkel bu gün Azərbaycanda səfərdə olub. FED.az dünyanın ən güclü qadın siyasətçilərindən biri olan A.Merkelin həyatı haqqında maraqlı faktları təqdim edir. 
 
Uşaqlığı Şərqi Almaniyanın Templin qəsəbəsindəki dəmir hasarlar arxasında keçən Angela böyüyəndə müəllimə olmağı arzulayırdı. Ən çox sevdiyi fənn isə rus dili olub.

1968-ci ildə, 14 yaşında olarkən o, Moskva şəhərində rus dili fənni üzrə olimpiadanın qalibi kimi Moskvaya getmək şansı qazanıb. İlk Moskva təəsüratlarını hələ də unuda bilməyən Angela “ossi” kimi (Şərqi Almaniya mənşəli olanlara verilən ləqəb)  “Azad Alman Gəncləri“ adlı kommunist icmanın üzvü olub.

Ailəsinə maddi dəstək olmaq üçün Angela, gənc yaşlarında qaragilə alveri ilə məşğul olub. Leypsiqdə təhsil aldığı illərdə isə "Angela" əyləncə-diskoları da  təşkil edib. Hətta, cib xərci əldə etmək üçün bu diskotekalarda şirə və digər içkilər  də satıb.

Söhbət, dünyanın ən güclü qadınlarından biri, Almaniyanın ilk qadın kansleri Angela Merkeldən gedir.

Angela Dorothea Merkel 17 iyul  1954-cü ildə Almaniyanın Hamburq şəhərində anadan olub. Almaniyanın görkəmli dövlət xadimi A.Merkel, Xristian Demokrat İttifaqının lideri  və Almaniya Federativ Respublikasının Federal Kansleri kimi hər iki vəzifəni tutan ilk qadındır.

İxtisasca fizik olan siyasətçi xanım Karl Marks adına Universitetdə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Elmi işini Kvant Fizikası üzərində aparan A.Merkel məktəb illərində fransız dilini öyrənə bilmədiyi üçün çox təəssüflənir. Rus və ingiliscə isə mükəmməl bilir.

Fizika elminə qarşı həvəsli olan Merkel gələcəyin fiziklərinə qarşı da maraqlı olub. Belə ki, o öz gələcək yoldaşını elmi axtarışları zamanı tapıb. Angela Mekler 1977-ci ildə fizik həmkarı Ulrixlə ailə həyatı qurub. Ancaq bu nikah çox da uzun sürməyib. Beş ildən sonra onlar ayrılıblar. 

A.Merkel 1989-cu il Berlin divarları uçurulandan sonra siyasətlə maraqlanmağa başlayıb. O, 1990-cı ildə  ilk dəfə olaraq Şərqi Almaniya Hökumətindən seçilmiş millət vəkilinin sözçüsü kimi fəaliyyətə başlayıb.

Qeyri-rəsmi və rəsmi titulları ilə məşhur Merkel

A.Merkel  Almaniyada miləttin anası kimi  “Mutti ” ləqəbini qazanıb.“Boz mirvari”, “Sakit-güclü”, “Helmut Kolun qızı” kimi titullarla dünyanın siyasi arenasında kifayət qədər nüfuz sahibi olan Merkeli  “dəmir ledi” ləqəbi qazanmış Marqaret Tetçerlə müqayisə edirlər.

“Merkel Hitlerin qızıdır” versiyası

Qərb mətbuatının yazdığına əsasən, Merkelə  “Hitlerin qızı” da deyirlər. Ciddi, yaxud qeyri-ciddi səslənsə də, yazılanlara görə Merkel Hitlerin dondurulmuş spermalarından doğulub.

Rusiya  və Amerika xüsusi xidmət orqanlarının yaydığı iddialara əsasən, Merkelin surroqat anası isə Hitlerin sevgilisi olan Yeva Braunun kiçik bacısı Gretl Braundur.  Belə ki, güya Merkel doğulduqdan sonra Lüteran kilsəsi Horst Kasnerə övladlığa verir. Formal olaraq anası isə, Herlind adlı qadın təyin olunur. Həmin qadının alman-ingilis dilləri üzrə müəllimə olduğu da iddia edilir. Təbii ki, bu iddeaları almanlar zarafat kimi qəbul etsələr də, Avropada bu haqda gəzən söz-söhbətlər azalmaq bilmir və ciddi fikirlər irəli sürülür.

Merkelin futbol hobbisi

Alma şirəsi və kotleti çox sevən Merkel müxtəlif xalqların kulinariyası ilə də maraqlanır. Ev xanımı kimi də özünə güvənən  Merkelin xüsusi əl qabiliyyəti də var. Qonaqları üçün xüsusi süfrə hazırlamağa maraq göstərən kansler, onları həmişə tox yola sala bilir. Belə ki,  Merkel kartof şorbasını və balıq xörəklərini daha dadlı hazırlayır.

Teatra və konsertlərə getməkdən xüsusi zövq alan Merkel, klassik musiqilərdən ən çox operaya qulaq asmağı xoşlayır. 

Əsas hobbisinin kiçik baxçasında əkdiyi gül-çiçəyə həvəslə qulluq etmək olduğunu açıqlayan Merkel əsl futbol azarkeşidir. Özünün dediyinə görə, bu hobbi ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir.

Merkelin çoxlarına qəribə gələn bir xassiyəti var. Belə ki, ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir.

Tətilini təbiət qoynunda keçirməyi çox sevir və bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları var. Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır.

Merkel səhər yeməyi zamanı qəhvə əvəzinə nanəli çay içir. Alkoqollu içkilərdən isə pivəyə üstünlük verir.

Nazir olduğu vaxtlar günə bir qutu siqaret çəkən Merkel sonradan bu vərdişindən əl çəkib.

Siyasətçi xanımın xidməti avtomobili “Audi”, şəxsi maşını isə “Volkswagen Golf”dur.

SMS həvəskarı Kansler

Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. O, telefonunu həmişə səssiz rejimdə işlədir. Son zamanlarda isə xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün “İpad” planşet işlətməyə başlayıb.

Merkelin it və ildırım fobiası, Putin taktikası...

Dünyanın ən güclü qadınları siyahısında olan Merkel itdən və ildırımdan yaman qorxur. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan sonra onda itlərə qarşı fobiya yaranıb. Bunu kanslerin mühafizə xidməti, eləcə də siyasətçilər də bilir.

Rusiya prezidenti Vladimir Putin həmişə kanslerin bu qorxusundan sui istifadə edib. Belə ki, 2007-ci ildə Putin, Merkeli öz yay iqamətgahına dəvət edərkən mətbuat çəkilişlər aparan zaman  Putinin sevimli iti otaqda peyda olub. Almaniya kansleri o dərəcədə qorxudub ki, media təmsilçilərinin obyektivlərinə rəğmən, özünü itirib. Bu hadisə Amerika mətbuatında öz əksini belə tapıb:

“Vladimir Putin Almaniya səfərlərinə həmişə öz itini də aparır. Çünki, o, Angela Merkelin itdən qorxduğunu yaxşı bilir. İki siyasətçi şəkil çəkdirən zaman itin onların yanında peyda olması da təsadüfi deyil”.

Güclü qadın - “Merkel” obrazı

"Forbes" jurnalının versiyasına görə, Merkel artıq 10 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir.

Kanslerin iş masasının üstündə alman əsilli, rusiyalı imperatriçə II Yekaterinanın portreti durur. Merkel onu güclü qadın hesab edir. Diplomatik dairələrdə isə, Merkelin özünü "odda yanmaz, suda batmaz" adlandırırlar. Çünki o, istənilən vəziyyətdən çıxa bilir.

1977-ci ildə fizik həmkarı Ulrixlə ailə həyatı qurub. O, beş illik ailələrinin tamamlanmasına səbəb kimi, bu evliliyə ciddi yanaşmadığını və yanıldığını göstərib. Cütlüklər ayrıldıqdan sonra onlara birgə məxsus olan əmlakı bölüşdürüblər. Bu bölgüdə mebel Ulrixə, paltaryuyan maşın isə Merkelin payına düşüb. Keçmiş həyat yoldaşından Angelaya qalan ən böyük pay isə onun soyadı Merkel olub. Angela Merkel ikinci dəfə ailə həyatı quranda da birinci həyat yoldaşının soyadını, indi dünyada məşhur olan Merkel soyadını dəyişməyib.

Angela Merkel ikinci dəfə nigahını, 18 il mülki nikahdan sonra - 1998-ci ildə kvan kimyası üzrə dünya şöhrətli alim İoaxim Zauer ilə rəsmiləşdirib.  O heç vaxt övlad sahibi olmayıb.

Merkelin rəngli siyasi imici

A.Merkelin şəxsi modelyerləri yoxdur. Yeni bir geyim lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikməyə başlayır.

Merkelin qarderobunda çox az sayda zərif ətək və don tapmaq olar. O daha çox kişi geyim tərzində uzun ətəkli pencək və şalvarlı kostyumda görünməyi xoşlayır. Zinyət əşyalarına maraq göstərməyən siyasətçi xanım kosmetik vasitələrdən çox az miqdarda istifadə edir. O, təbii görünməyin tərəfdarıdır.

Merkel rənglərin ahəngini çox sevir, qırmızı, yaşıl, narıncı, göy, çəhrayı rəngdə geyinmlərə üstünlük verir. Xanım kanslerin geyimində rəng seçimi onun siyasi fikirlərinə də dəstək verir. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanla görüşündə ağ kostyum geyinməsi onun sülh istəməsi kimi qələmə verilir.

Xatırlayaq ki, kanslerin 2012-ci ildə Almaniya-Hollandiya futbol matçında holland yığmasının rəngində paltar geyinməsi almanları hiddətləndirmişdi. Bəziləri Merkelin bu geyimlə "narıncı inqilab“ın həbsdə olan lideri Yuliya Timoşenkoya dəstək verdiyini, bəziləri isə hollandları hirsləndirməmək üçün belə geyindiyini deyiblər.

Merkelin geyim tərzini almanlar çox bəyənirlər. Alman qadınları hesab edir ki, “Alman siyasətçisinin qadın imicini” Merkelin tərzi formalaşıb.

Merkel əl və üz mimikaları, əl jestləri ilə dünya siyasətçilərindən xüsusilə seçilir. Bəzən onun hərəki-jestləri qalmaqallara da səbəb olub.

Siyasi ekspertlər hesab edir ki,  Merkel son 10 il üçün planetin ən güclü qadın lideri kimi hakimiyyətini qorumağı bacarır. Məsələn, 2014-cü ildə-Avropa iqtisadiyyatının dinamik inkişafı dövründə Merkelin 3-cü dəfə səlahiyyət müddətinin yenidən uzadılması, onun Avropa İttifaqında güclü siyasi liderliyinə bir daha sübut oldu.

Mənbə: ednews.net

Banner
Paylaş

Digər xəbərlər

Yeyib-içmək, səyahət və kredit kartları – DÜNYADA ƏSAS TRENDLƏR AÇIQLANDI
Style 26 Aprel 2023
Yeyib-içmək, səyahət və kredit kartları – DÜNYADA ƏSAS TRENDLƏR AÇIQLANDI
“TUDORS”  Bakı Şopinq Festivalında - 50%-DƏK ENDİRİMLƏR SİZİ GÖZLƏYİR!
Style 5 Noy 2022
“TUDORS” Bakı Şopinq Festivalında - 50%-DƏK ENDİRİMLƏR SİZİ GÖZLƏYİR!
«Ən çox tələbat rəsmi və işgüzar geyimlərədir, elə müştərilərimiz var ki, birdəfəyə 8-9 köynək alırlar» - MÜSAHİBƏ
Style 4 Sen 2022
«Ən çox tələbat rəsmi və işgüzar geyimlərədir, elə müştərilərimiz var ki, birdəfəyə 8-9 köynək alırlar» - MÜSAHİBƏ
«Alıcıları «yaşıl» və «qırmızı» müştərilərə bölür, «kəşbək»dən «kəşbək» veririk» - MÜSAHİBƏ
Style 4 Aprel 2022
«Alıcıları «yaşıl» və «qırmızı» müştərilərə bölür, «kəşbək»dən «kəşbək» veririk» - MÜSAHİBƏ
Kosmetikaların yarısında xərçəng yaradan maddə varmış - ARAŞDIRMA
Style 17 İyun 2021
Kosmetikaların yarısında xərçəng yaradan maddə varmış - ARAŞDIRMA
Karyera və övlad arasında qalan qadınlar – QƏRB MEDİASI
Style 8 Mart 2021
Karyera və övlad arasında qalan qadınlar – QƏRB MEDİASI
İqtisadiyyat Nazirliyi şəlalə təmirini - BU ŞİRKƏTƏ TAPŞIRDI - MƏBLƏĞ
Style 15 Sen 2020
İqtisadiyyat Nazirliyi şəlalə təmirini - BU ŞİRKƏTƏ TAPŞIRDI - MƏBLƏĞ
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” - TENDERLƏR ELAN EDİR
Style 13 İyun 2020
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” - TENDERLƏR ELAN EDİR
Influencer erası: 2020-ci il üçün beş əsas - AÇAR TREND BUNLAR OLACAQ
Style 13 Fev 2020
Influencer erası: 2020-ci il üçün beş əsas - AÇAR TREND BUNLAR OLACAQ
Xanımlar üçün az xərcləyərək dəbdəbəli yaşamağın - 11 YOLU
Style 12 Fev 2020
Xanımlar üçün az xərcləyərək dəbdəbəli yaşamağın - 11 YOLU
İcra hakimiyyəti tikinti materialları alır - TENDER
Style 23 Yan 2020
İcra hakimiyyəti tikinti materialları alır - TENDER
İki qardaş, iki düşmən, iki dünya brendi - “ADİDAS” VƏ “PUMA”NIN  HEKAYƏSİ
Style 18 Yan 2020
İki qardaş, iki düşmən, iki dünya brendi - “ADİDAS” VƏ “PUMA”NIN HEKAYƏSİ
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azerbaijan Coca - Cola Bottlers" işçi axtarır - VAKANSİYA
    21:04 1 İyun 2023
  • "Bakı Çayçəkici" işçilər axtarır - MAAŞ 1100-1300-2000-2500 MANAT - VAKANSİYALAR
    21:01 1 İyun 2023
  • "Yapi Kredi Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:58 1 İyun 2023
  • Gürcüstanda işləmək üçün işçi axtarılır - VAKANSİYA
    20:51 1 İyun 2023
  • Əliyev-Paşinyan görüşünün nəticəsi barədə - MƏTBUATA AÇIQLAMA
    20:36 1 İyun 2023
  • "Ziraat Bank Azərbaycan" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:32 1 İyun 2023
  • Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYALAR
    20:30 1 İyun 2023
  • "Kristal Abşeron" işçilər axtarır - VAKANSİYALAR
    20:26 1 İyun 2023
  • "Trawell Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:23 1 İyun 2023
  • "Azprotein Foods Group" işçi axtarır - MAAŞ 600-800 MANAT - VAKANSİYA
    20:19 1 İyun 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 700+ MANAT - VAKANSİYA
    20:16 1 İyun 2023
  • "Norm Sement" işçi axtarır - VAKANSİYA
    20:14 1 İyun 2023
  • “App Store”da il ərzində satışlar - $1,1 TRİLYONU KEÇDİ
    19:33 1 İyun 2023
  • Azərbaycanda 100-dən artıq internet provayderi var - NAZİRLİK AÇIQLADI
    19:31 1 İyun 2023
  • Lerikdə əkin sahələrinə Mərakeş çəyirtkələri yayılıb - VİDEO
    19:22 1 İyun 2023
  • Oğuza diametri 25-30 millimetr olan dolu yağıb
    19:18 1 İyun 2023
  • “İnkişaf üçün Maliyyə” BOKT sürətlə böyüyür – MƏNFƏƏTİ 4 DƏFƏ ARTIB - HESABAT
    18:20 1 İyun 2023
  • Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa liderlərinini - GÖRÜŞÜ BAŞLADI
    18:17 1 İyun 2023
  • Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - ŞƏRTLƏR
    18:11 1 İyun 2023
  • Azərbaycanda uçota alınan internet operator və provayderlərin sayı - MƏLUM OLUB
    18:02 1 İyun 2023
  • Bank VTB (Azərbaycan) - TENDER ELAN EDİR
    17:55 1 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:50 1 İyun 2023
  • Yelo Bank-ın dəstəyi ilə Gəncədə Uşaqlar Günü - QEYD EDİLDİ
    17:33 1 İyun 2023
  • Sumqayıtdakı məşhur müəssisə - HƏRRACA ÇIXARILDI - 4 MİLYON MANAT ÖDƏNİŞ EDİLMƏLİDİR
    17:27 1 İyun 2023
  • 246 min manatlıq elektrik malları sifarişi "Xəzər İnşaat KO" şirkətinə verildi
    17:27 1 İyun 2023
  • Xaricdə təhsil alan daha - 102 nəfərin diplomu tanınmayıb
    17:23 1 İyun 2023
  • "Amrahbank" ASC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:17 1 İyun 2023
  • Hər ağac 40-50 kq məhsul verir, 1 kiloqramının - QİYMƏTİ 2 MANATDIR - XARİCƏ SATACAQLAR
    17:10 1 İyun 2023
  • Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi - TENDER ELAN EDİR
    17:09 1 İyun 2023
  • Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb – MƏBLƏĞLƏR
    17:09 1 İyun 2023
  • Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
    16:58 1 İyun 2023
  • Azərbaycanda indiyə qədər özəlləşdirilən dövlət əmlaklarının sayı - AÇIQLANDI
    16:53 1 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:48 1 İyun 2023
  • Azərbaycanın Ukraynada - ŞƏRAB ZAVODU VAR
    16:44 1 İyun 2023
  • Rabitəbank uşaq evini - ZİYARƏT ETDİ
    16:36 1 İyun 2023
  • Dövlət agentliyi yeməkxana ləvazimatları alır - TENDER ELANI
    16:33 1 İyun 2023
  • VTB (Azərbaycan) kredit kampaniyasının - MÜDDƏTİNİ UZATDI
    16:27 1 İyun 2023
  • “Aqrar Fresh Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:25 1 İyun 2023
  • SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur - FOTOLAR
    16:20 1 İyun 2023
  • Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO
    16:15 1 İyun 2023
  • "DOST" Agentliyi auditor seçib - TENDER NƏTİCƏSİ
    16:13 1 İyun 2023
  • "Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcək"
    15:58 1 İyun 2023
  • Rusiyada Prezident aparatının əməkdaşlarına iPhone-dan istifadə - QADAĞAN OLUNUB
    15:51 1 İyun 2023
  • “Em Group SS" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    15:47 1 İyun 2023
  • 29 yaşlı oğlanın büdcəyə 2 milyon yarım borcu necə yaranıb? - MƏHKƏMƏ
    15:43 1 İyun 2023
  • 283 min manatlıq tender "Kaskad Hidro M" şirkətinə verildi
    15:40 1 İyun 2023
  • Azər Türk Bank uşaqlar üçün atb Junior kartını - TƏQDİM EDİR
    15:34 1 İyun 2023
  • "Aqro Təchizat Servis” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:31 1 İyun 2023
  • Bakı Baş Səhiyyə Mərkəzi 5 - TƏKLFİLƏR SORĞUSU ELAN EDİR
    15:25 1 İyun 2023
  • İnnovativ mükəmməlliyin tanınması: SAMSUNG 17-ci ildir ki, qlobal TV bazarına - LİDERLİK EDİR
    15:24 1 İyun 2023
  • Laçın Suvarma Sistemləri İdarəsinin tenderi - LƏĞV OLUNDU - SƏBƏB
    15:13 1 İyun 2023
  • ETSN: Köhnə avtomobillər 300-350, yeni avtomobillər 100-120 qram zərərli maddə buraxır
    15:12 1 İyun 2023
  • Rövşən Nəcəf: "SOCAR neft və qaz hasilatına investisiyaları artırıb"
    15:03 1 İyun 2023
  • “Clear”in sahibinin 2,3 milyonunu ələ keçirənə - AĞIR CƏZA
    14:58 1 İyun 2023
  • "Azsertcenter" MMC Azərbaycan Akkreditasiya Mərkəzini - MƏHKƏMƏYƏ VERİB - SƏBƏB
    14:50 1 İyun 2023
  • Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək - ÜNVANLAR
    14:48 1 İyun 2023
  • “Ricon” MMC-yə 151 manatadan çox sifariş – TENDER NƏTİCƏSİ
    14:42 1 İyun 2023
  • “GL LTD” neft-qaz şirkətində - TƏYİNAT
    14:42 1 İyun 2023
  • Azərbaycana gətiriləcək işlənmiş avtomobillər üçün utilizasiya haqlarının ilkin məbləğləri - AÇIQLANIB
    14:37 1 İyun 2023
  • Milli Məclis - TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
    14:31 1 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!