55 ildir xidmət göstərən “Boston Consulting Group” hər il həyata keçirilən qlobal innovasiya araşdırmasının nəticələri əsasında “Ən innovativ şirkətlər 2018” hesabatını açıqlayıb.
FED.az “Digital Age”ə istinadən xəbər verir ki, yeni hesabat sanki əfsanəvi “The Doors” qrupunun “Five To One” mahnısını xatırladır. “The old get old the young get stronger!”. Bu sözləri hesabat ilə uyğunlaşdırsaq ortaya belə nəticə çıxacaq.
İnnovasiya baxımından güclü olan şirkətlər digital dəyişikliyə də uyğunlaşaraq daha da güclənir. Zəif olanlar isə daha da gücsüzləşir və yarışda geridə qalırlar. Builki hesabatı bir öncəki ilki hesabatla müqayisə etdikdə ortaya çıxan fərqi görmək mümkündür. Yenilikçiliyi çox olan firmalar digital innovasiyaya investisiya edərək, bunun qarşılığını alırlar. Geridə qaldıqlarını görən və yolun ortasından qaçmağa başlayan şirkətlər isə investisiyalarının qarşılığını ala bilməyiblər.
50 ölkə və 90 şəhərdə xidmət verən “Boston Consulting Group” (BCG) tərəfindən hər il yayımlanan “Ən İnnovativ Şirkətlər” hesabatında bu il şirkətlərin rəqəmsallaşma kriteriyaları hədəf götürülüb. “The Most Innovative Companies 2018: Innovators Go All In On Digital” başlıqlı hesabatda firmaların rəqəmsallaşma səviyyəsi araşdırılıb. Nəticədə isə bu qərara gəlinib ki, ən innovativ şirkətlər də rəqəmsallaşma istiqamətində də uğurlu mövqedədirlər.
Siyahının ilk 10 pilləsində yenilikçi firmaların yeddisinin “digital native” (rəqəmsal texnologiyalar ilə doğan) olması bunun bir nümunəsidir. Şirkətlər rəqəmsal xidmət və məhsullarını hazırlamaqla yanaşı, rəqəmsal texnoloji istehsalını da innovasiya strategiyalarına əlavə edirlər. “Rəsmə böyük baxanda” görürsünüz ki, bu trend artıq müəyyən sektorlarda sərhəd çərçivəsində deyil. Ənənəvi iş yerlərində belə bu trendi izləmək mümkündür.
Güclülər daha da güclənir
Özünün innovativ istiqaməti güclü olan şirkət kimi qələmə verənlər ilə, zəif olduqlarını iddia edənlər arasında uçurum dərinləşir. BCG-nin 2018-ci ilin əvvəli üçün tərtib olunmuş hesabatının 2017-ci illə müqayisə etdikdə, elə də ciddi fərq müşahidə edilmir. “Digital Native” kateqoriyasında yer alan firmaların onluğuna “Alibaba Group” və “Uber” daxil olmağı bacarıb.
İlk 20-yə “Tencet” daxil olub. “Airbnb”, “SpaceX”, “Cisco Systems”, “Orange” və “Marriott” kimi şirkətlərində yüksəliş davam edir. Şimali Amerika 27 şirkətlə, siyahıda yenə ən çox təmsil edilən ölkə olur. Onu 16 şirkət ilə Avropa izləyir. Nəqliyyat və səyahət sektorlarının siyahıda irəliləməsi isə “Uber”, “Airbnb” ve “SpaceX” təsiri ilə bağlıdır.