2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 112,3 milyon manatlıq dərman və tibbi ləvazimatlar məlumatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 5,7% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,3% faizi dərman və tibbi ləvazimatlarının alınmasına sərf olunub.