2022-ci ilin yanvar ayında Azərbaycanda yanacaq istehlakçıları 182,4 milyon manat (cari məzənnə ilə $107,3 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Eləcə də bax: Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan - AZAD OLUNUB
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5% gəlir əldə edilib.
2021-ci ilin yanvar ayı ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlirlər 6% artıb.
2021-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 494,3 milyon manat ($1,47 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,6 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,8 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.