2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehsal edilən içkilərin miqdarı artıb.
Eləcə də bax: Xaricdən kərə yağı idxalı artıb - 51 MİLYON DOLLAR
FED.az xəbər verir ki, Azərbaycanda araq istehsalı 31,5 %, konyak istehsalı 6,3 %, pivə istehsalı 13,1 %, alkoqolsuz içkilər istehsalı 2 % artıb.
Papiros və siqaretlərin istehsalı da həmçinin 65,3 % artıb.
Bununla yanaşı ölkədə fermentləşdirilmiş tütün və üzüm şərabının istehsalı azalıb. Belə ki, fermentləşdirilmiş tütün istehsalı ötən ilin eyni dövrünün 86,8 %-ni və üzüm şərabının istehsalı ötən ilin eyni dövrünün 36,2 %-ni təşkil edib.
| Məhsul növləri | 2020-ci ilin yanvar-iyul aylarında istehsal edilən | Əvvəlki ilin müvafiq dövrünə nisbətən | 01.08.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı | 
| İçki məhsulları | |||
| Şampan şərabı, min dkl | 0 | 0% | 3,1 | 
| Araq, min dkl | 1372,4 | 131,5% | 248,5 | 
| Brendi (konyak), min dkl | 13,5 | 106,3% | 14,5 | 
| Üzüm şərabı, min dkl | 128,6 | 36,2% | 1026,1 | 
| Pivə, min dkl | 3359,5 | 113,1% | 212,8 | 
| Alkoqolsuz içkilər, min dkl | 16338,1 | 102% | 917,5 | 
| Tütün məmulatları | |||
| Fermentləşdirilmiş tütün, ton | 2788,9 | 86,8% | 1361 | 
| Papiros və siqaretlər, milyon ədəd | 4007,5 | 165,3% | 14,8 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








