Azərbaycanda 2020-ci ilin 1 dekabrına orta aylıq nominal əmək haqqı respublika üzrə 703.5 manat olub.
Eləcə də bax: Bakıda orta aylıq əməkhaqqı 100 manata yaxın azalıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilir.
Orta aylıq əməkhaqqı 1 mart 2020-ci il tarixində 744.5 manata yüksəldikdən sonra, ölkədə koronavirus səbəbindən sərt karantinlərin tətbiqi fonunda ölkə üzrə orta aylıq əməkhaqqı sonrakı ayların hər birində mənfi dinamika ilə düşüb.
Mart ayının ilk günü ilə müqayisədə dekabrın ilk günündə 5.5%, yəni, 41 manat azalıb.