Banner

Statistika

Türkiyədən Azərbaycana dəri məmulatları - İXRACI AZALIB

Türkiyədən Azərbaycana dəri məmulatları - İXRACI AZALIB | FED.az
09:11 17 İyun 2020

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalaraq 5,842 milyon dollar təşkil edib.

Eləcə də bax: Türkiyədən Azərbaycana dəri məmulatları - İXRACI AZALIB

FED.az xəbər verir ki, bunu Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, may ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin mayı ilə müqayisədə 43,8 faiz azalıb və 978 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz azalaraq 530,2886 milyon dollar təşkil edib.

Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,9 faizini təşkil edib.

Son 12 ay ərzində (may 2019 – may 2020) Türkiyə 1,452 milyard manat məbləğində dəri məmulatı ixrac edib. (Trend)

Digər xəbərlər

Banner