Cari ilin iyul ayında istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 100,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 104,5 faiz təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 100,4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102,9 faiz olub.