2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 322,6 milyon manat (cari məzənnə ilə $189,8 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Eləcə də bax: İki ayda 997 milyon manatlıq geyim və ayaqqabı - Alınıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 322,6 milyon manat və ya 5,4% gəlir əldə edilib”, - Komitədən bildirilir.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 11,9% azalıb.
2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat (cari məzənnə ilə $1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,25 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir. (İnterfaks)