2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42.5 min nəfər və ya 3 faiz artaraq 1 milyon 681.6 min nəfər olub.
Eləcə də bax: Azərbaycanda maaşların daha yüksək olduğu - Sahələr Açıqlandı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat verir.
Onlardan 908 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Qeyd kimi bildirək ki, bir ay öncə (1 sentyabr) ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 670.9 min nəfər olmuş, onlardan 902.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Yəni, son bir ayda dövlət sektorunda çalışanların sayı 10.7 min (+0.6%) nəfər, qeyri-dövlət sektorunda çalışanların sayı isə 5 min nəfər artıb.
Xidmət sahəsində işləyənlərin 19.4 faizi təhsil, 18.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 3.2 faizi istirahət, əyləncə və incəsənət, 1.7 faizi maliyyə və sığorta fəaliyyəti, 1.7 faizi informasiya və rabitə, 1.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.