2024-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 502.4 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 81,6 min baş təşkil edib.
Azərbaycan Gürcüstandan qoyun alışını 35%-dən çox artırıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2023-cü ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.4% və ya 115 min 635 baş, xırdabuynuzlu heyvanların sayı isə 8.6% və ya 670 min baş azalıb.
Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (124 592 baş), Bərdə ( 103 710 baş) və Cəlilabad ( 90 986 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 296 086 baş), Şəmkir ( 262 212 baş), İmişli ( 255 726 baş) rayonlarındadır.
Nəzərə alaq ki, ötən ilin 11 ayında ölkəyə diri qoyun və keçi idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 78% artaraq 314 583 baş təşkil edib.
Hesabat dövründə Azərbaycanda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 3.1% artaraq 647 min 729 tona bərabər olub
Xatırladaq ki, ötən il iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb. (Apa)