2023-cü il fevralın 1-i vəziyyətinə, ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfər olmuş, onlardan 5 miylon 56,5 min nəfərini məşğul əhali, 302,4 nəfərini və ya 5,6%-ni işsiz əhali təşkil etmişdir.
Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – MƏBLƏĞ
FED.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 milyon 733,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 830,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 702,2 min nəfər çalışmışdır.
2022-ci il ərzində ölkədə 71,3 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Yeni açılmış iş yerlərinin 80,2 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 19,2 faizi digər regionların, o cümlədən 3,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2,0 faizi ŞirvanSalyan, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Lənkəran-Astara, 1,2 faizi Mərkəzi Aran, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 23,7 faizi tikinti, 16,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,7 faizi emal sənayesi, 8,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 5,0 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi təhsil, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi informasiya və rabitə, 10,2 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.