2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 222,2 milyon manatlıq elektrik malları və mebellər satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar ayına nisbətən 6,8% çoxdur.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6% faizi elektrik malları və mebellər alınmasına sərf olunub.