2023-cü ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,6 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 4,5 faizini isə sair tikinti işləri təşkil edib.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir.
Ümumi inşaat işlərinin 89,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.