Bu il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5250,2 min nəfər olub, onlardan 4963,5 min nəfərini məşğul əhali təşkil edib.
Azərbaycanda əhalinin gəlirləri 5%-ə qədər artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil edib. İqtisadiyyatın neftqaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1710,4 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 6,5 faizi tikintidə, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.