2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 110,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.
Siqaret və araq - NƏ QƏDƏR BAHALAŞACAQ?
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, ötən ilin oktyabrına nisbətən 103,9 faiz təşkil edib.
2023-cü ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,1 faiz təşkil edib.