Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 544,1 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda orta maaş - Açıqlandı
FED.az xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 540,8 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub. (Apa)