Bu ilin yanvar-iyun aylarında ölkədə 84 182,0 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 4,5 faiz və ya 3 788,19 ton üstələyir.
Azərbaycanda alkoqolsuz içki istehsalı 34%-ə yaxın artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin may ayı ilə müqayisədə iyunda artım 27,3 faiz və ya 3 797,9 ton təşkil edib.
İyun ayında 17 710,0 ton meyvə-tərəvəz konservləri istehsal olunub. İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 16 595,8 ton təşkil edib. (vergiler.az)