Azərbaycanda maliyyə və sığorta sektorunun əməkhaqları kəskin azalıb.
Eləcə də bax: Dövlətdə əməkhaqlarının enişi özəldəkindən daha kəskindir – CƏDVƏL
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Maliyyə və sığorta sahəsində çalışan işçilərin orta nominal əməkhaqqı 1 yanvar 2021-ci il tarixdə 1 719.6 manat olduğu halda, 1 fevral 2021-ci il tarixdə 1 597.2 manata düşüb. Bu da son bir ayda 122.4 manat, yəni 7.1% azalma deməkdir.
Dövlət sektorunda olan maliyyə və sığortada çalışanların aylıq əməkhaqqı 94.2 manat və ya 5.5% azalma ilə 1 628.4 manata düşüb.
Qeyri-dövlət sektorunda çalışan müvafiq sahə üzrə işçilərin orta aylıq əməkhaqları 130 manat, yaxud 7.6% enişlə 1 588.8 manata qədər azalmışdır.