Dövlət Statistika Komitəsi (DSK) sahibkarlara və müəssisə və təşkilatların rəhbərlərinə müraciət edib.
Eləcə də bax: «Koronavirus durğunluğunda - ŞİRKƏTLƏR NƏ ETMƏLİ?» - ÖDƏNİŞSİZ KONSULTASİYA
FED.az xəbər verir ki, müraciətdə deyilir: “Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən müvafiq tədbirlərin görülməsinə başlanılıb. Hazırkı məqamda dövlət dəstəyinin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddət ərzində, lakin aprel ayının 7-dən gec olmayaraq onlayn rejimdə Dövlət Statistika Komitəsinə təqdim edilməsini sizdən xahiş edirik”.