2025-ci ilin yanvar-iyun aylarında kimya sənayesində işləyənlərin orta aylıq əmək haqqı 1 573,2 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə müqayisədə 188,6 manat və ya 13,6% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 1384,6 manat idi.
Qeyd edək ki, dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 1 662,9 manat təşkil edib ki, bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 156,4 manat və ya 10,4% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1 524 manat olub. Bu da illik müqayisədə 210,5 manat və ya 16% çoxdur.